RU

PAŞA Kapital ilə SOCAR istiqrazlarına komissiyasız investisiya fürsəti

Bakı. Trend:

PAŞA Kapital investorlara SOCAR istiqrazlarının abunə yazılışımüddətində illik 2% gəlir əldə etmək və komissiyasız xidmətdənfaydalanmaq imkanı təqdim edir.

Belə ki, 25.02.2025-ci il tarixinədək SOCARistiqrazları üzrə abunə yazılışına qoşulan investorlarvəsaitlərinin daxil olduğu gündən 04.03.2025-ci iltarixinədək olan müddətdə PAŞA Kapital-dan illik2% gəlir əldə edəcəklər. Yəni, məsələn, 03 fevraltarixində abunə yazılışı üçün PAŞA Kapitala müraciət edirsiz,vəsaitinizi yerləşdirirsiz və 04 mart tarixinə qədər olan müddətdəo vəsaitin üzərinə illik 2% gəlir qazanırsız.

İnvestorların abunə yazılışı müddətində qazanacaqları faizgəlirləri 07.03.2025-ci il tarixindən sonrahesablarına köçürüləcək.

Xüsusi olaraq qeyd edək ki, fiziki şəxslər SOCAR istiqrazlarınınalışı zamanı aşağıdakı xərclərdən tam azaddır:

  • Depo hesabın açılışı;
  • Broker komissiyası;
  • Bakı Fond Birjasının komissiyası.

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğuSOCAR istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyər: 1 000 ABŞ dolları;
  • Gəlirlilik faizi: illik 6%;
  • Kupon ödənişi: rüblük;
  • Tədavül müddəti: 5 il;
  • Növ: Sənədsiz, adlı, faizli, təminedilməmiş.

"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən buistiqrazları əldə etmək istəyən şəxslər 28 fevral 2025-ci iltarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması -https://www.pashacapital.az/trading/socarvasitəsilə müraciət edərək abunə yazılışında iştirak edəbilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Избранный
20
4
az.trend.az

5Источники