Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, təyyarə havaya qalxmağa hazırlaşarkən yanğın qeydə alınıb. Hadisə yerinə dərhal yanğınsöndürmə xidməti və təcili yardım qrupları cəlb olunub. Rəsmilər bütün sərnişinlərin və heyət üzvlərinin vaxtında təxliyə edildiyini və xəsarət alan olmadığını bildiriblər.
İlkin araşdırmalara əsasən, yanğının texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. "United Airlines" rəhbərliyi sərnişin təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayaraq, insidentin araşdırılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq etdiklərini açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31