RU

“Zirə”nin vingerinə Kiyev “Dinamo”su maraq göstərir

"Zirə"nin yarımmüdafiəçisi Salifu Sumanın Kiyevin "Dinamo" klubunun maraq dairəsinə düşdüyü iddia olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın bir neçə teleqram kanalı və saytı məlumat yayıb.

Kiyev təmsilçisi ona görə 800 min, yaxud 1 1 milyon avro təzminat ödəməyə hazırdır. Lakin bu məlumatlarla bağlı rəsmi açıqlama verilməyib.

Qvineyalı sağ vinger olan 21 yaşlı futbolçu "Zirə"yə 2023-cü ildə keçib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.


Telegram kanalımız
Избранный
2
1
yenisabah.az

2Источники