Rusiya Suriya ilə bir çox məsələlər, o cümlədən, Tartusdakı bazanın taleyi ilə bağlı danışıqları davam etdirəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya nümayəndə heyətinin bir müddət əvvəl Suriyanın yeni hakimiyyəti ilə təmaslar həyata keçirdiyini xatırladıb:
"Nümayəndə heyətimiz bu yaxınlarda Dəməşqdə danışıqlar aparıb. Bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb. Müzakirə ediləcək çoxlu məsələlər var. Biz bütün mövzular, o cümlədən Rusiyanın Tartusdakı bazasının taleyi haqqında dialoqu davam etdirəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.