RU

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi ilə bağlı SON MƏLUMAT

Bakı. Trend:

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi hələ dəburaxılmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Caspian MarineServices B.V.” şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri iləmütəmadi olaraq əlaqə saxlanılır: “Onların hər birinin vəziyyətiyaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləriilə əlaqə saxlayırlar”.

Eyni zamanda, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilikyoxdur. Daha öncə də XİN-dən bu istiqamətdə danışıqların davametdirildiyi qeyd edilmişdi.

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine ServicesB.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunanAzərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid”və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş ƏrəbƏmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitininkəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi girişedib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqəsaxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiqqurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilərsaxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isəəcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Məqalədə:
Избранный
10
27
az.trend.az

10Источники