RU

Türkiyə təhsil sahəsində inkişaf edir - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə təhsil sahəsində Beynəlxalq Reytinqlərdə Artım Göstərir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurtda Rəcəb Tayyib Ərdoğan adına Təhsil Kompleksinin açılışında çıxış edərkən məlumat verib.

Məlumata əsasən, PISA və TIMSS araşdırmalarına görə Türkiyə təhsil göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran dörd ölkə arasındadır. Bu faktor, Türkiyədə təhsilin keyfiyyətinin yüksəldiyini, islahatların uğurla həyata keçirildiyini nümayiş etdirir.

Qeyd edək ki, Ərdoğan təhsil sisteminə olan investisiyaların dövlət prioriteti olduğunu bildirib. Belə ki, sektorun büdcəsi 2002-ci ildən bəri 7,5 milyarddan 2,186 trilyon lirəyə yüksəlib.

Избранный
10
turkic.world

1Источники