Azərbaycanda bu televiziyanın xəbər xidmətinə yeni rəhbər təyin edildi - FOTO
Azərbaycanın Əməkdar jurnalisti Elman Gədikli yeni vəzifəyə təyin edilib.Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış jurnalist MTV televiziyasının xəbərlər xidmətinin rəhbəri vəzifəsinə gətirilib. Qeyd edək ki,Elman Gədikli bundan əvvəl Lider TV-də çalışıb, daha sonra uzun müddət Space kanalında Xəbərlər Xidmətinin rəhbəri olub.