RU

Dövlət Xidməti torpaq kateqoriyasının dəyişdirilməsinə dair vətəndaşlara müraciət edib

Bakı. Trend:

Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrasıçərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqlarınkateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətivasitəsilə daxil olan müraciətlərin baxılmasına başlanılıb.

Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığıvə qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqlarınaradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciətedən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir vəmetodiki köməkliklər göstərilir.

"Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasındayaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədənkənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdiyaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyası iləbağlı müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cürmüraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış vəhəmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyətgöstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələrtərəfindən mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş əraziplanlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğudəqiqləşdirilməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon(şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yaşayışmassivi üzrə edilməlidir. Elektron müraciətlərin qanunvericilikdəmüəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçünsubyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı,tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təminetməlidirlər" - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
7
10
az.trend.az

10Источники