RU

"Şəhid övladlarının incəsənət akademiyası" çərçivəsində növbəti təlimlər keçirilib - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin 3-cü həftəsi geridə qalıb.

QHT.az xəbər verir ki, 7-12 yaşlı 25 məktəbli şəhid övladlarının iştirakı ilə keçirilən akademiyanın növbəti günündə iştirakçılar musiqi və rəsm sahələri üzrə təlimlərdə iştirak ediblər. Xalq rəssamı, Azərbaycan Milli Xalça Muzeyinin eksperti, Rəssamlar İttifaqının dekorativ tətbiqi sənət şöbəsinin rəhbəri Aydın Rəcəbov və Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycan Milli Xalça Muzeyinin aparıcı eksperti professor Məmmədhüseyn Hüseynov akademiyanın rəsm qrupunun qonağı olublar və iştirakçılara ustad dərsi keçiblər.

Qeyd edək ki, 3 ay davam edəcək layihə ərzində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçilən təlimlərdə iştirak edəcəklər. Təlimlər nəticəsində qazanılan bilik və bacarıqlar, həmçinin hazırlanan incəsənət nümunələri layihənin sonunda təşkil olunacaq bağlanış mərasimində təqdim olunacaq.

Избранный
60
3
qht.az

5Источники