AZ

"Şəhid övladlarının incəsənət akademiyası"nın ilk təlimləri keçirilib - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsininin icrasına başlanılıb.

QHT.az xəbər verir ki, 7-12 yaşlı 20 məktəbli şəhid övladlarının iştirakı ilə keçirilən akademiyanın ilk günündə iştirakçılar təlimçilərlə tanış olublar, həmçinin rəssamlıq və musiqi sahələri üzrə ilkin məlumatlar əldə ediblər.

Qeyd edək ki, 3 ay davam edəcək layihə ərzində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçilən təlimlərdə iştirak edəcəklər. Təlimlər nəticəsində qazanılan bilik və bacarıqlar, həmçinin hazırlanan incəsənət nümunələri layihənin sonunda təşkil olunacaq bağlanış mərasimində təqdim olunacaq.

Seçilən
68
3
qht.az

5Mənbələr