ABŞ artıq Ukraynanı silahlandırmayacaq və maliyyələşdirməyəcək, hərbi münaqişə tezliklə bitəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks Berliner Zeitung-a danışıb.
“Bəli, müharibənin tezliklə bitəcəyinə inanıram. Düşünmürəm ki, ABŞ Ukraynanı silahlandırmağa və ya maliyyələşdirməyə davam edəcək. Bu, ABŞ-ın xeyrinə deyil. Bu, nə Ukraynanın, nə də Avropanın maraqlarına uyğun deyil”, – deyə o bildirib.
Saks onu da əlavə edib ki, münaqişə zamanı NATO-nun aqressiv hərəkətləri nüvə müharibəsinə səbəb ola bilərdi.