RU

Baş nazirin müavini: İtaliya 30-dək fələstinli uşağı müalicə edəcək

Roma, 3 fevral, AZƏRTAC

İtaliya xərçəng xəstəliyindən əziyyət çəkən 30-dək fələstinli uşağı müalicə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

Antonio Tayani fələstinli uşaqların tezliklə İtaliyaya gətiriləcəyini bildirib.

O, İtaliyanın “Qəzza üçün ərzaq” təşəbbüsü çərçivəsində bu vaxtadək Qəzza zolağına 100 tondan çox humanitar yardım göndərdiyini də əlavə edib..

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
18
3
azertag.az

4Источники