Azərbaycanda qeyri-qida sektorunda fəaliyyət göstərən distribüter şirkəti “Karvan 2002” MMC inzibati məsuliyyətə cəlb edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İşə Xətai Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 485.2-ci maddəyə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn