RU

İsrail ordusu Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi

İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubunda "Hizbullah"ın bir neçə silah anbarını məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər.

Bütün silahlar müsadirə olunub. anbarlar isə məhv edilib.

Bizim.Media

Избранный
73
8
bizim.media

10Источники