RU

Tiktoker “Əfi” həbs edildi

“Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov saxlanılıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Əflatun Rüstəmov internetdə yayılması qadağan olunan materialı paylaşmaqda təqsirli bilinərək inzibati qaydada həbs edilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən son aylarda internet resurslarında müxtəlif hüquqpozuntularına görə, inzibati və cinayət işləri üzrə tədbirlər keçirilir.

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatlar nəticəsində xeyli sayda tiktoker həbs edilib.

Избранный
18
heftelik.az

1Источники