RU

Avropa ABŞ-a qarşı cavab rüsumları tətbiq edə bilər


Bir neçə Aİ ölkəsinin liderləri Ağ Evin rəhbəri Donald Trampın faktiki olaraq Avropadan gətirilən mallara əlavə vergi tətbiq edəcəyi təqdirdə ABŞ-a qarşı cavab rüsumları tətbiq edə biləcəklərini bildiriblər. “İnterfaks” bu barədə “The Guardian”a istinadən xəbər verir.Qeyd olunur ki, bu ideyanı Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Lüksemburqun baş naziri Lyuk Friden, İrlandiya baş nazirinin müavini Saymon Harris, həmçinin Danimarkanın baş naziri Mette Frederiksen dəstəkləyib. Avropa liderlərinin fikrincə, ABŞ-ın tarif artımına cavab “güclü kollektiv cavab zərbəsi” olmalıdır.
Eyni zamanda, Makron əlavə etdi ki, Avropa “özünü müdafiə etməyi” bacarmalıdır.

Ancaq hamı belə hissləri dəstəkləmədi. Məsələn, Polşanın Baş naziri Donald Tusk deyib ki, Avropa nəyin bahasına olursa olsun “tamamilə lazımsız və axmaq ticarət müharibəsindən” çəkinməlidir. Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bu fikri bölüşüb. Onun sözlərinə görə, ticarət müharibəsi də heç bir tərəfə fayda verməyəcək.

Daha əvvəl Tramp bildirib ki, yaxın vaxtlarda Avropa İttifaqından gələn mallara rüsumlar tətbiq olunacaq.

aia.az
Tərcümə şöbəsi



Избранный
25
2
aia.az

10Источники