![Ötən il Sumqayıtda 5 min 695 narkoloji](https://e-saglam.az/storage/news/middle/images/2025/2/7952448b-c1da-3405-984f-5d389e2c15f7_850.jpg)
Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
Sumqayıt şəhər Narkoloji Dispanserdən E-saglam.az-a bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.
Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.