RU

Super Liqa: “Qalatasaray” “Qaziantep”i tək qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qaziantep” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb. İstanbul nəhəngi səfər matçında tək qolla qalib gələrək zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Beləliklə, geridə qalmış 22 turdan sonra 57 xal toplamış “Qalatasaray” zirvədə qərarlaşıb. “Fənərbağça” 51 xalla ikinci, “Samsunspor” 40 xalla üçüncü, “Eyüpspor” 39 xalla dördüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 34, “Başakşəhər” və “Beşiktaş”ın 32, “Kasımpaşa” və “Alanyaspor”un 28, “Rizəspor”un 27, “Trabzonspor” və “Qaziantep”in 26, “Antalyaspor”un 25, “Konyaspor”un 24, “Sivasspor”un 23 xalı var.

Türkiyə, Super Liqa
22-ci tur
31 yanvar

Eyüpspor – Sivasspor 1:0
Qol: Tiam, 89.

Konyaspor – Bodrumspor 3:1
Qollar: Y.Erdoğan, 6. Kramer, 36; 55 – Slovik, 69-öz qapısına.

1 fevral

Hatayspor – Antalyaspor 2:3
Qollar: Butobba, 30. V.Abubakar, 64-pen – Samudio, 22. Van de Strek, 39. Safuri, 86.

Kayserispor – Trabzonspor 0:0

Başakşəhər – Samsunspor 4:0
Qollar: Pyontek, 19; 58; 69. Davidson, 86.

2 fevral

Adana Dəmirspor – Kasımpaşa 3:5
Qollar: T.Kalender, 13. N.Aliui, 57. A.Aymbetov, 88 – Fall, 16; 82. Hayradinoviç, 73-pen. A.Kara, 75. C.Keleş, 79.

Göztəpə – Alanyaspor 0:1
Qol: Lima, 45+1.

Fənərbağça – Rizəspor 3:2
Qollar: Dzeko, 45+8-pen; 79. En Nesiri, 89 – Sou, 6; 13.

3 fevral

Qaziantep – Qalatasaray 0:1
Qol: A.Kutucu, 5.

Избранный
5
1
arena.az

2Источники