RU

Markus Reşford Premyer Liqada klubunu dəyişdi

"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını "Aston Villa"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, ingilis forvard mövsümünün qalan hissəsini icarə əsasında Birmingemdə keçirəcək

27 yaşlı futbolçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

Reşford bu qış yeni menecer Ruben Amorimin rəhbərliyi altında "Yunayted"in heyətində oynamayıb. Ümumilikdə, Markus bu mövsüm bütün turnirlərdə oynadığı 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
12
90deqiqe.az

1Источники