RU

“Monako” “Beşiktaş”ın yarımmüdafiəçisini icarəyə götürdü

style='margin-bottom:10px;'>

“Beşiktaş” yarımmüdafiəçisi Moatasem Əl-Musratini icarəyə verib. 

QOL.az xəbər verir ki, liviyalı dayaq yarımmüdafiəçisi karyerasını “Monako”da davam etdirəcək. İcarə müqaviləsinin müddəti mövsümün sonuna kimidir. 

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerasının böyük hissəsini “Braqa”da (151 oyun, 15 qol) keçirib. 

Cari mövsüm isə Əl-Musrati “Beşiktaş”ın heyətində meydana çıxdığı 25 matçda 2 qol vurub. 
 

Избранный
12
5
teleqraf.com

9Источники