Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ-dakı həmyerliləri etiraz aksiyası keçiriblər.
Erməni mediasının yazdığına görə, fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılmış plakat asıblar.
Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.
Qeyd edək ki, Ermənistanın baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.