RU

Rutte: Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.

Bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb.

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir:

“Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”.

​​​​​​"Cebheinfo.az" 

Избранный
9
5
cebheinfo.az

8Источники