![Kardioloq qan təzyiqini idarə etmək üçün](https://e-saglam.az/storage/news/middle/images/2025/2/tezyiqi-nece-idare-etmeli.jpg)
Kardioloq Kolumb Batiste deyir ki, müntəzəm olaraq göyərti qəbul etmək və təmiz havada gəzmək qan təzyiqinin yüksəlməsinin qarşısını almağa kömək edəcək.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, o, bu məsləhəti Plant Based News podkastının bir hissəsində verib.
Batiste ürək sağlamlığı üçün həmişə kələm, xardal göyərti və istənilən digər yaşıl yarpaqlı tərəvəzləri yeməyi tövsiyə edir: “Onların tərkibində qan damarlarını genişləndirməyə və funksiyanı yaxşılaşdırmağa kömək edən pəhriz nitratları var".
Batiste əlavə etdi ki, sadə bir hiylə göyərtilərdən maksimum yararlanmağa kömək edə bilər: "Günəşdə gəzin. Hətta az miqdarda günəş işığı yığılmış nitratları buraxa bilər və qan təzyiqinə nəzarəti yaxşılaşdırmağa kömək edə bilər".
Tərcümə: Könül Oruc