RU

Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb

Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb.

"Report" xəbər verir ki, 1996-cı il təvəllüdlü Qulamova Şəhla Rəfail qızı idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Kərimov Nadir İmaməli oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

Избранный
10
21
report.az

10Источники