RU

Olaf Şolz Donald Trampın təklifini pislədi

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Ukraynaya nadir torpaq materialları müqabilində yardım göstərmək təklifini pisləyib.

XəzərNews.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Şolz bildirib ki, ölkənin resurslarından müdafiə dəstəyini maliyyələşdirmək üçün istifadə etmək “çox eqoistdir”.

Aİ-nin Brüsseldə keçirilən qeyri-rəsmi sammitindən sonra kansler bildirib ki, Ukraynada böyük dağıntıları nəzərə alaraq, ölkənin müharibədən sonrakı bərpasını maliyyələşdirmək üçün qiymətli resurslardan istifadə edilməlidir.

Lalə
XəzərNews.az


Xəbər 6 dəfə oxunub.
Избранный
10
xezernews.az

1Источники