RU

AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

Demokrat.az-ın məlumatına görə, onlar UEFA Gənclər Liqasının matçlarında iş başında olacaqlar.

K.Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z.Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Избранный
9
17
demokrat.az

10Источники