RU

AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat aldılar

AFFA rəsmiləri Könül Mehdiyeva və Zümrüd Ağayeva beynəlxalq oyunlara təyinat alıblar.

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva növbəti təyinat alıblar.

"Operativ Media" xəbər verir ki, onlar UEFA Gənclər Liqası oyunlarında fəaliyyət göstərəcəklər.

Mehdiyeva fevralın 11-də keçiriləcək “Dinamo” (Ukrayna) – “Atalanta” (İtaliya), Ağayeva isə ertəsi gün oynanılacaq “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, “Dinamo” rəqibini Türkiyənin Antalya şəhərində, “Trabzonspor” isə doğma Trabzonda qəbul edəcək.

Избранный
9
2
operativmedia.az

10Источники