RU

200-dən çox qeyri-qanuni hindistanlı miqrant ABŞ-dan deportasiya edilib

ABŞ-da qeyri-qanuni olan 200-dən çox Hindistan vətəndaşı ABŞ hərbi C-17 nəqliyyat təyyarəsi ilə öz ölkələrinə deportasiya edilib. Bu barədə mənbələrə istinadən NDTV kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu, ABŞ-da qalma qaydalarını pozan hinduların deportasiyası üçün təşkil olunacaq “çoxlu uçuşlar”dan birincisidir. Göyərtəsində hindli miqrantlar olan təyyarə Texas ştatından havaya qalxıb.

Hindistanlıların ABŞ-dan təxliyəsi Cənubi Asiya respublikasının baş naziri Narendra Modinin gələn həftə Vaşinqtona səfər edəcəyi ilə bağlı xəbərlər fonunda baş verib. Bu, onun prezident Donald Trampın vəzifəyə başlamasından sonra ABŞ-a ilk səfəri olacaq.

Trampın andiçmə mərasimindən bir gün sonra ABŞ Daxili Təhlükəsizlik Departamenti Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri qondarma sürətləndirilmiş prosedurlar çərçivəsində, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verdi. Qərar ABŞ-da 20.000-dən çox hindliyə təsir edə bilər.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar, Yeni Dehlinin ABŞ da daxil olmaqla, xaricdə qeyri-qanuni yaşayan Hindistan vətəndaşlarının "qanuni şəkildə geri qayıtmasına" açıq olduğunu söylədi.

Əziz Mustafa, Oxuməni.az

Избранный
10
oxumeni.az

1Источники