RU

"Yurisdiksiya maneəsiz gediş-gəlişin təmin olunmasında məhdudlaşdırmalara səbəb ola bilər"

"Paşinyan reallıqları görür. Bilir ki, ölkəsinin rifahının təmini Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin normallaşmasından keçir"

Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, suverenliklərinə hörmət edirlər. Deputat bildirib ki, bu məsələlər sülh müqaviləsi layihəsinin mətnində də yer alıb. Amma Nikol Paşinyanın açıqlamasında Zəngəzur dəhlizində "hərəkətin maneəsiz təmini" ilə yanaşı, gündəmə gətirdiyi "Ermənistanın yurisdiksiya çərçivəsində" artıq ziddiyətli məqamları ortaya qoyur: 

"Azərbaycan Ermənistanın suverenliyini sual altında qoymur.Yurisdiksiyanın tətbiqi isə dövlətin və hökumətin səlahiyyətlərinə aid çoxsaylı məsələlərin icrasını ehtiva edir. "Sabah yurisdiksiyanın tətbiqi çərçivəsində sərhəd kontrolu, gömrük rüsumu nəzərdə tutula bilər, pasport yoxnalışı ola bilər. Yəni dövlətin öz yurisdiksiyasını icra etməsi çox geniş anlam ifadə edir. O baxımdan Paşinyanın maneəsiz gediş-gəlişin təmin olunması və yurisdiksiya məsələsini paralel olaraq qabartması yeni suallar doğurur. Yurisdiksiya maneəsiz gediş-gəlişin təmin olunmasında məhdudlaşdırmalara səbəb ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bildirdi ki, Azərbaycanın Azərbaycana gediş-gəliş maneəsiz təmin olunmalıdır. Burada da, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə heç bir gömrük nəzarətindən, sərhəd yoxlanışından söhbət gedə bilməz. Ermənistan tərəfi yurisdiksiya deməklə gələcəkdə dəhlizdə görmük nəzarətini, sərhəd yoxlanışı kimi məsələləri tətbiq edə bilər. Paşinyan ehtimal ki, məhz bunu nəzərdə tutur".

Parlament üzvü vurğulayıb ki, Baş nazir Paşinyanın Zəngəzur dəhlizinın açılması ilə bağlı belə bir açıqlama verməsinin bəzi obyektiv səbəbləri var: 
"Bu da hazırda Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır. Paşinyan Davos Forumunda çıxış edərkən, cənab Prezidentin təbirincə, desək, iki qəpiklik dəyəri olmayan "sülh kəsişməsi" layhisini gündəmə gətirdi və dedi ki, Ermənistan müstəqilliyini qazanandan bəri izolyasiya vəziyyətindədir. Düzdür, Paşinyan məhz işğalçılıq siyasətinin nəticəsində bu izolyasiyanı özlərinin yaratdığını demədi, amma izolyasiya sözünü işlətdi. Hətta bugün də təcrid olunmuş vəziyyətdə olduqlarını vurğuladı. Bununla Paşinyan nəyə işarə edir? Məsələn, Zəngəzur dəhlizinin açılışı dedikdə, nəzərdə tutulur ki, ilk istifadəyə verilən kommunikasiya xəttlərindən biri dəmiryolu nəqliyyatı olmalıdır. Ermənistanın dünya bazarına çıxışında 4 istiqamətdə dəmiryol xətti var, amma potensial olaraq. Biri Qazax istiqamətində - İcevan, digərləri Meğri,Türkiyə və Gürcüstandır. 4 yoldan 3-ü bugün Ermənistanın 30 illik təcavüzkar siyasətinin nəticələrinə görə bağlıdır. Gürcüstandan istifadə olunan yeganə xətt isə köhnəlib və uzundur, yükgötürmə qabiliyyətində və digər məsələlərdə də problemlər var. Həmçinin, bu yol Rusiya Dəmir Yollarının nəzarətindədir. İki dövlət arasında 2008-ci ildə 30 illik müqavilə bağlanılıb, icra və nəzarət Rusiya Dəmir Yollarına verilib. Müqavilə nəzərə tutur ki, hələ müddət tamam olanadək, məhz 2028-ci ildə bu müddətinin daha 10 il uzadılması məsələsinə baxılacaq. Ermənistan tərəfi istəyirdi ki, Gürcüstanın Qara dəniz limanlarına və oradan da dünya bazarına çıxmaq üçün təxminən 112 km-lik bir məsafəni qısaltsın. Bunun üçün təxminən 32 km.lik bir xətt çəkmək lazımdır. Hardasa 15 ildir danışıqlar aparılır. Bu layihənin investisiya dəyəri 250 milyon dollar təşkil edir. Amma icra olunmadı, çünki nə investor tapıldı, nə də siyasi iradə ortaya qoyuldu. Hətta Paşinyan hakimiyyətə gələndən sonra da bu məsələylə məşğul oldu, lakin həll edə bilmədi. Avtomobil yolu, Gürcüstandan keçən Yuxarı Lars yolu da qış aylarında donur, dumanlı, əlverişsiz olur. Bəzən Rusiya siyasi təzyiq vasitəsi kimi yolu bağlayır. Paşinyan da bu reallıqları görür. Bilir ki, ölkəsinin rifahının təmini Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin normallaşmasından gedir. Bunun üçün də nəqliyyat və kommunikasiya xətllərinin açılması zərurətdir".

visiontv.az



Избранный
17
visiontv.az

1Источники