ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, hökumətdəki saxtakarlıqlar nəticəsində ölkə büdcəsi hər il təxminən 700 milyard dollar itirir.AFN.az-ın xəbərinə görə, o, bu barədə X hesabında yazıb. "Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - deyə Mask qeyd edib. Bundan əlavə, iş adamının hesablamalarına görə, ödənişlərin ən azı 15%-i - təxminən 1 trilyon dollar - Amerika rəsmiləri tərəfindən "açıq mənimsəmə"dir.Yanvarın 24-də İlon Maskın rəhbərlik etdiyi agentlik fəaliyyətinin ilk 80 saatı ərzində təxminən 420 milyon dollarlıq dövlət müqavilələrini ləğv etdiyini açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта