RU

17 yaşlı qız köpəkbalığının hücumuna məruz qaldı - Həyatını xilas edə bilmədilər

13:54 04.02.2025
13:54 04.02.2025

Avstraliyanın Kvinslend şəhərindəki Bribi adasında çimərkən köpək balığının hücumuna məruz qalan 17 yaşlı qız ölüb.

Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı qız çimərlikdə çimərkən köpək balığının hədəfinə düşüb.

Tezliklə hadisə yerinə gələn yardım qrupları qızın yuxarı bədənində ciddi xəsarətlər aşkarlasa da, gənc qız həyatını itirib.

Hücumdan sonra rəsmilər növbəti xəbərdarlığa qədər həmin çimərliyini bağlayıblar.

Qeyd edək ki, son üç ayda Kvinslenddə köpəkbalığı hücumlarının sayı artmaqdadır.

"Vorim Beach" çimərliyi həm də üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazidir. Avstraliya dünyada ən çox köpəkbalığı hücumuna məruz qalan ölkələrdən biri kimi tanınır.

 


Избранный
20
1
mynews.az

8Источники