RU

Çin Trampa sərt cavab verdi

Çin ABŞ-dən ölkəyə idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Metbuat.az xəbər verir ki, Pekin ABŞ Prezidenti Donald Trampın Çindən idxal edilən bütün məhsullara əlavə 10 faizlik gömrük rüsumunun tətbiq edilməsi qərarına cavab olaraq belə həmlə edib. Maliyyə Nazirliyinin açıqlamasına görə, ABŞ-dən xam neft, kənd təsərrüfatı avadanlıqları, yüksək tullantı buraxan nəqliyyat vasitələri və yük maşınları da daxil olmaqla məhsullara 10 faiz, kömür və təbii məhsullara isə 15 faiz əlavə gömrük rüsumu tətbiq ediləcək. Həmçinin, Çin ölkədən mineralların ABŞ-a ixracına nəzarət ediləcəyini açıqlayıb. Bundan əlavə, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi ABŞ-nin internet şirkəti “Google”a qarşı antiinhisar qaydalarını pozduğu üçün araşdırma başlatdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə rüsum tətbiq edən sərəncam imzalayıb. Lakin sonrada Meksika və Kanadaya rüsumların tətbiq edilməsi təxirə salınıb.

Избранный
4
27
metbuat.az

10Источники