RU

Putin-Tramp görüşünün Səudiyyə və ya BƏƏ-də keçirilməsi təklifi Moskvanı qane etmədi…

Image

Rusiya Vladimir Putin və Donald Tramp arasında mümkün sammitin Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini nəzərdən keçirir. 

"Reuters"in iki rus mənbəsinə istinadən yaydığı məlumata görə, son həftələrdə Rusiyanın yüksək səviyyəli rəsmiləri bu iki ölkəyə səfər ediblər. Lakin Moskvanın, hər iki ölkənin ABŞ-la güclü təhlükəsizlik əlaqələri olduğu üçün bu ideyanı dəstəkləmədiyi bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 2-də Vaşinqton yaxınlığındakı aviabazada çıxışı zamanı Rusiya və Ukrayna nümayəndələri ilə görüşlər və təmaslar planlaşdırdığını açıqlayıb. 

"Biz müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlər və danışıqlar aparmağı planlaşdırırıq", - Tramp bildirib. 

O, danışıqların planlaşdırılması prosesinin “olduqca uğurla” getdiyini vurğulayıb.

TAHİR





Избранный
6
baki-xeber.com

1Источники