Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.
Moderator.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.
![Yanvar ayında dəmir yolu ilə 700 mindən çox sərnişin daşınıb - FOTO](http://unikal.az/photos/unikal/1738677455_1738676332618899883_1200x630.jpg)