RU

Türkiyədə güclü zəlzələ baş verib

Egey dənizinin Türkiyə sahillərində güclü zəlzələ baş verib. Yeraltı təkanlar İzmir və başqa sahilyanı ərazilərdə hiss olunub.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla 16:04-da qeydə alınan 5.2 bal gücündə olan zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bunun indiyədək Egey dənizində baş vermiş ən güclü zəlzələ olduğunu açıqlayıb.

Qeyd edək ki, son 2 gün ərzində Yunanıstanın adalarında da çoxsaylı yeraltı təkanlar qeyd alınıb.

Избранный
3
1
day.az

2Источники