RU

Mask “super güc”lər üçün görün harada ÇARPAYILAR QURAŞDIRIB

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask Ağ Evin yaxınlığındakı Personal İdarəetmə İdarəsinin qərargahında özü və ən yaxın tabeliyində olan şəxslər üçün çarpayılar quraşdırıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki. çarpayılar Vaşinqtonda Ağ Evdən bir neçə blok aralıda yerləşən binada quraşdırılıb - Mask bunu həftə sonları da daxil olmaqla gec saatlara qədər çox işləmək zərurəti ilə əsaslandırıb. Mask həftənin yeddi günü işləmək vərdişini “super güc” adlandırır.

Daha əvvəl CNN Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər vermişdi ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu milyarder, ABŞ prezidenti Donald Trampın tərəfdarı İlon Mask indiki administrasiya tərəfindən “xüsusi dövlət işçisi” təyin edilib.

Избранный
9
publika.az

1Источники