RU

“OpenAI” smartfonları əvəz edəcək süni intellekt cihazını buraxacaq


“OpenAI” şirkətinin baş direktoru Sem Altman və keçmiş “Apple” dizayneri Coni Ayv ənənəvi smartfonları əvəz edəcək süni intellekt qurğusu hazırlayırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
Altman bildirib ki, süni intellekt bizim kompüterlərlə qarşılıqlı əlaqəmizdə əsaslı dəyişikliklər tələb edir və səs gələcəkdə istifadəçi interfeysinin əsas elementinə çevriləcək. Ona görə də hazırlanmaqda olan cihaz səslə idarə olunacaq.
Bildirilib ki, oxşar qurğular artıq təqdim edilib, lakin onlar populyarlaşmayıb və uğursuz olub - “Humane AI Pin” və “Rabbit R1 AI” cihazları. Müxtəlif forma faktorlarında çoxlu AI qadcetləri olsa da, “OpenAI”nin yeni cihazı tamamilə unikal konfiqurasiya təklif edə bilər. Ekspertlərin fikrincə, bu, onu bütün mövcud analoqlardan fərqləndirəcək.
Избранный
13
yeniavaz.com

1Источники