RU

Azərbaycanda bu bank kredit faizlərini ARTIRDI

“Azər-Türk Bank” (ATB) kredit faizlərini 1,5-2 faiz bəndi artırıb. 

Medianews.az xəbər verir ki, bank 24 ayadək olan kreditlər üzrə faizləri 13%-dən 14,5%-ə qaldırıb. Üstəlik 0,5% komissiya haqqı tətbiq edib. Kreditlər üzrə limit isə 50 min manat müəyyən edilib. Bank 36 ayadək olan kreditləri 14%-dən 15,5%-ə, 48 ayadək olan kreditləri isə 15%-dən 16,5%-ə qaldırıb.

ATB həmçinin faktiki illik faiz dərəcəsinin (FİFD) maksimal dərəcəsini 27,1%-dən 30,9%-ə qaldırıb.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. ATB-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Избранный
7
3
medianews.az

4Источники