RU

Türkiyə futbolunda qəribə hadisə -

Türkiyə kubokunun qrup mərhələsinin 2-ci turunda baş tutan “Kocaelispor” “Sivasspor”u qəbul edib. Metbuat.az xəbər verir ki, "Kocaelispor"un futbolçusu Barış Alıcı 26-cı saniyədə kobudluq edib. Bildirilir ki, matçın 26-cı saniyəsində etdiyi kobudluqdan sonra hakim 40-cı saniyədə Barış Alıcıya qırmızı vərəqə göstərib və onu oyundan qovub. Barışın aldığı qırmızı vərəqə Türkiyə kuboku tarixində ən erkən qırmızı vərəqələrdən biri olub.

Qeyd edək ki, matç “Sivasspor”un 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. 6 klubun iştirak etdiyi qrupda 2 turdan sonra “Sivasspor” 2-ci, “Kocaelispor” isə sıfır xalla sonuncu sırada qərarlaşıb.

Избранный
18
9
metbuat.az

10Источники