RU

Türkiyə Kuboku: “Beşiktaş”ın ardıcıl ikinci qələbəsi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə bütövlükdə dörd qarşılaşma baş tutub.

C qrupunda “Başakşəhər” doğma meydanda “Çorum”u, “Konyaspor” isə “Eyüpspor”u məğlub edib.

D qrupunda “Kocaelispor”un qonağı olan “Sivasspor” səfərdən inamlı qələbə ilə qayıdıb. “Beşiktaş” isə “Kırklarelispor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
4 fevral

C qrupu

Başakşəhər – Çorum 4:1
Qollar: Fiqeyredo, 4; 25; 90+2. H.Güreler, 49 – M.Yalçınkaya, 39.

Konyaspor – Eyüpspor 3:1
Qollar: Aleksiç, 45+3. M.Bostan, 48. Ndao, 90+8 – Tiam, 85.

Xallar: Konyaspor – 6. Başakşəhər – 4. Eyüpspor – 3. Qalatasaray – 1. Boluspor – 0. Çorum – 0.

D qrupu

Kocaelispor – Sivasspor 0:2
Qollar: E.Bekiroğlu, 43. E.Gökay, 90+5.

Beşiktaş – Kırklarelispor 2:0
Qollar: E.Muçi, 62. J.Mario, 79.

Xallar: Beşiktaş – 6. Antalyaspor – 3. Sivasspor – 3. Bodrumspor – 1. Kırklarelispor – 1. Kocaelispor – 0.

Избранный
32
arena.az

1Источники