RU

Salyan RİH başçısı Rüstəm Xəlilovun növbəti səyyar GÖRÜŞÜ — FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Marışlı kənd tam orta məktəbinin binasında vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüş keçirib.

Demokrat.az xəbər verir ki, səyyar görüşdə çıxış edən icra başçısı Möhtərəm Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək ənənəvi olaraq səyyar görüşlərin davamlı olacağını bildirib. Görüş zamanı həmçinin əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Səyyar görüşdə kənd sakinləri bir sıra istiqamətlərdə müxtəlif müraciətlər ünvanlayıb, RİH başçısı Rüstəm Xəlilov sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Избранный
12
demokrat.az

1Источники