RU

Rubio: ABŞ yardımının yalnız 10-13%-i alıcılara çatır

ABŞ yardımının yalnız 10-13 %-i nəzərdə tutulan alıcıya çatır.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio San-Xosedə Kosta-Rika Prezidenti Rodriqo Çaveslə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Rubio ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə fevralın 3-də faktiki olaraq dayandırılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvvəlki fəaliyyətini kəskin tənqid edib.

"Bəzi hallarda USAID-in yalnız 10 %-ni, 11 %-ni, 12 %-ni, 13 %-ni alıcıya çatır. Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.

Diplomat xarici yardım proqramlarının dondurulmuş qaldığını, lakin bir sıra hallarda bu cür proqramların davam etdirilməsinə imkan verən böyük istisnaların edildiyini təsdiqləyib.

Избранный
8
2
far.az

3Источники