RU

ABŞ BMT-nin İnsan Haqları Şurasından ÇIXDI

ABŞ Prezidenti Donald Tramp ölkənin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxması ilə bağlı fərman imzalayıb.

Publika.az bu barədə Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir.

Sənədə əsasən, ABŞ Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) tərkibindən də çıxıb.

ABŞ artıq Trampın ilk dövründə BMT İnsan Hüquqları Komissiyasından çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli olmaqda və insan haqlarını pozan hökumətləri ört-basdır etməkdə ittiham edir.

Yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Farhan Haq ABŞ-ın BMT-yə ümumi borcunun 2,8 milyard dollara çatdığını bildirib .

Избранный
10
1
publika.az

10Источники