RU

HƏMAS Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib

HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının bərpası zərurəti bəhanəsi ilə anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini rədd edib.

"Report" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi İzzət əl-Rişkanın HƏMAS-ın rəsmi teleqram kanalında dərc edilmiş bəyanatında deyilir.

"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsindəki bizim Fələstin xalqımızı bərpa bəhanəsi ilə öz vətənini tərk etməyə çağıran bəyanatını rədd edirik", – mətndə qeyd olunur.

Daha əvvəl Reuters agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirmişdi ki, Tramp Qəzzanı "sökülmə yeri" kimi görür və "insanları yaşamaq üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani" hesab edir. ABŞ Prezidentinin qiymətləndirməsinə görə, Qəzzanın bərpası 10-15 il çəkəcək.

Избранный
10
4
report.az

5Источники