RU

Azərbaycan-Tatarıstan enerji əməkdaşlığı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Rusiya FederasiyasınınTatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarətnaziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Trend xəbər verirki, görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasındaəməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Neft və neft kimya,təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrikenerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerjiobyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrikşəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlaristehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirəedilib.

Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Söhbətzamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin,o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeydedilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.

Həmçinin Azərbaycan tərəfi cari ilin aprelində Kazandakeçiriləcək enerji və enerji səmərəliliyi üzrə TatarıstanBeynəlxalq Forumunda iştiraka dəvət edilib.

Azərbaycan-Tatarıstan
Azərbaycan-Tatarıstan
Azərbaycan-Tatarıstan
Избранный
19
1
az.trend.az

10Источники