RU

Ağ evdə Trampla Netanyahu arasında görüş olub

Vaşinqton, 5 fevral, AZƏRTAC

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir. Görüş zamanı Qəzza zolağında atəşkəsin gələcəyi və İsrail-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə yenidən təkan verilməsi məsələsi müzakirə edilib.

Görüş öncəsi Tramp media qarşısında çıxış edərək fələstinlilərə xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etmələri təklifini səsləndirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
3
6
azertag.az

10Источники