RU

Əl-Şaraa Suriyanın Türkiyə ilə strateji ortaqlığa can atdığını bildirib

Suriya Türkiyə ilə münasibətləri bütün sahələrdə, o cümlədən təhlükəsizlik məsələlərində dərin strateji tərəfdaşlığa çevirməyə çalışır.

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Suriyanın keçid dövrü üzrə prezidenti vəzifəsini icra edən Əhməd əl-Şaraa deyib.

“Bu gün iki ölkə arasında xüsusi qardaşlıq münasibətləri mövcuddur və biz onları bütün sahələrdə dərin strateji tərəfdaşlığa çevirməyə çalışırıq”, - deyən dövlət başçısı mühüm strateji vəzifənin “təhlükəsizlik sahəsində əməkdaşlıq” olduğunu vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az

Избранный
2
1
oxumeni.az

2Источники