Suriya Türkiyə ilə münasibətləri bütün sahələrdə, o cümlədən təhlükəsizlik məsələlərində dərin strateji tərəfdaşlığa çevirməyə çalışır.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Suriyanın keçid dövrü üzrə prezidenti vəzifəsini icra edən Əhməd əl-Şaraa deyib.
“Bu gün iki ölkə arasında xüsusi qardaşlıq münasibətləri mövcuddur və biz onları bütün sahələrdə dərin strateji tərəfdaşlığa çevirməyə çalışırıq”, - deyən dövlət başçısı mühüm strateji vəzifənin “təhlükəsizlik sahəsində əməkdaşlıq” olduğunu vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az