Zığ dairəsi-Hava limanı yolunda sürət həddi aşağı salınıb
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Reyting.az xəbər verir ki, bu barədə DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qurum bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.