Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 5-i saat 08.00 olan məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, fevralın 6-sı səhərdən yenidən güclənəcək.